17:31 - 30.05.2025
30 may, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) Yevlax Ehtiyat və Biləsuvar Regional Mərkəzlərinə yeni rəhbər təyin edilib.
ABC.AZ xəbər verir ki, bunlar Fuad Hacıyev və Seymur Məmmədovdur.
Onlar, bu vəzifələrdə müvafiq olaraq Ədalət Bayramov və Nəbi Rüstəmovu əvəzləyib.
F.Hacıyev bundan əvvəl AMB-nin ləğv edilmiş Gəncə Regional Mərkəzinin, S.Məmmədov isə ləğv edilmiş Quba Regional Mərkəzinin rəhbəri olub. (Qaynarinfo)
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026