MDM-nin İnkişaf Strategiyasının ötən il üzrə icra statusu açıqlanıb

16:54 - 30.05.2025


30 may, Fineko/abc.az. Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının 2024-cü il üzrə icra statusu açıqlanıb.

ABC.AZ quruma istinadla xəbər verir ki, “2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyası”nın ümumi icra göstəricisi 80,3 % olub və beləliklə, 19,7 % gecikən fəaliyyət istiqamətləri olub.

Hesabat dövründə Mərkəzin fəaliyyət istiqamətlərinin inkişafı üzrə strateji hədəfi 76,5 %, əməliyyat və xidmət effektivliyinin artırılması üzrə strateji hədəfi 69,6 %, etibarlı və dayanıqlı təsisatın qurulması üzrə strateji hədəfi 80 %, effektiv iş mühitinin və peşəkar komandanın formalaşdırılması üzrə strateji hədəfi 100 % icra edilib.