09:35 - 13.05.2025
13 may, Fineko/abc.az. Əvvəlki sessiyada baş verən inamlı artımdan sonra, etalon markaların qiymətləri çərşənbə axşamı keçirilən ticarət zamanı sabit qalıb.
ICE Futures birjasında iyul ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti saat 09:26-da $0,08 (0,12%) azalaraq bir barel üçün $64,88 təşkil edib. 12 may tarixində keçirilən ticarətin nəticələrinə əsasən, Brent-in iyul fyuçersi $1,05 (1,64%) bahalaşaraq $64,96 olub.
NYMEX əmtəə birjasında iyun ayı üzrə WTI markalı neftin fyuçers qiyməti saat 09:30-da $0,06 (0,10%) azalaraq bir barel üçün $61,89 olub. 12 may tarixində keçirilən ticarətin nəticələrinə əsasən, iyun fyuçersi $0,93 (1,52%) bahalaşaraq $61,95 təşkil edib.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026