Yanvar-mart aylarında qoşqu və yarımqoşquların istehsalı sahəsində vəziyyət necə olub?

17:04 - 15.04.2025


15 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 144,1 milyon manatlıq məhsul istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, maşın və avadanlıqların istehsalı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artım qeydə alınıb.

Bu sahədə artım tendensiyası aylar üzrə də özünü göstərir.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında 80,5 milyon manatlıq məhsul istehsal olunmuşdusa, 2025-ci ilin eyni dövründə bu göstərici 120,9 milyon manata çatıb.