09:20 - 11.04.2025
11 aprel, Fineko/abc.az. Etalon markaların qiyməti ötən gün növbəti enişdən sonra cümə günü cüzi yüksəlir.
ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 09:16-da $0,11 (0,17%) artaraq bir barelə $63,44-a yüksəlib. 10 aprel ticarətinin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $2,15 (3,28%) - bir barelə $63,33-a qədər ucuzlaşıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin may fyuçersləri saat 09:16-da $0,11 (0,18%) artaraq bir barelə $60,18-a yüksəldi. 10 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçersləri $2,28 (3,66%), bir barelə $60,07-a düşüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026