09:30 - 28.02.2025
28 fevral, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə inamlı yüksəlişdən sonra cümə günü ticarətdə etalon markaların qiyməti azalır.
Brent markalı neftin aprel fyuçersləri ICE Futures birjasında qiyməti saat 09:25-də $0,38 (0,51%) azalaraq bir barel üçün $73,66-a düşüb. Fevralın 27 - də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel neft fyuçersləri $1,51 (2,08%) artaraq bir barel üçün $74,04-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin aprel fyuçersləri saat 09:25-də $0,35 (0,50%), bir barel üçün $70,00-a düşdü. 27 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $1,73 (2,52%), bir barel üçün $70,35-a yüksəldi.
Fevral ayında həm Brent markalı neft, həm də WTI 2,5%-dən çox ucuzlaşıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026