“Bitcoin”in qiyməti ucuzlaşıb - 90 min dollardan aşağı düşdü

11:50 - 25.02.2025


25 fevral, Fineko/abc.az. “Bitcoin”in qiyməti 13 yanvardan bəri ilk dəfə 90 min dollardan aşağı düşüb.

ABC.AZ xəbər verir ki, bunu “Binance” kriptobirjasının məlumatları da təsdiq edir.

Bakı vaxtı ilə saat 11:26-da “Bitcoin” 6.64% ucuzlaşaraq 89 439 min dollar olub.

Bakı vaxtı ilə saat 11:31-də “Bitcoin” enişini ləngidərək 89.514 min dollar (-6.56%) səviyyəsində olub.