12:24 - 22.08.2026
22 avqust, Fineko/abc.az. "Apple" korporasiyası süni intellekt (İİ) texnologiyalarına və yeni nəsil cihazlara diqqəti artırmaq məqsədilə "Siri" rəqəmsal köməkçisi və "Vision Pro" qarnituru üzrə cavabdeh komandalarında struktur dəyişikliklərinə başlayıb.
Məlumata görə, yenidənqurma prosesi 200-dən çox əməkdaşı əhatə edir. İxtisarların təxminən 100-ü "Vision Pro" bölməsinin (əsasən oyun və video kontent komandaları), digər 100-ü isə "Siri" və proqram təminatı üzrə Məhsuldar Sistemlər Təcrübəsi (ISE) departamentinin payına düşür.
"Apple"dan bildirilib ki, dəyişikliklər "Siri"nin yeni İİ arxitekturasına keçidi və resursların strateji istiqamətlərə yönəldilməsi ilə bağlıdır. Şirkət ləğv edilən ştatlarla yanaşı, yeni texniki tələblərə uyğun yeni vakansiyaların yaradılacağını da təsdiqləyib.
21 Avqust 2026