15:33 - 21.02.2025
21 fevral, Fineko/abc.az. 2024-cü ilin yekunlarına görə, dünyanın ən böyük qızıl mədənçisi Newmont qızıl istehsalını 24% artıraraq 6,85 milyon unsiyaya çatdırıb.
ABC.AZ xəbər verir ki, qızıl ekvivalentində digər metalların (mis, gümüş, qurğuşun və sink) istehsalı 2,2 dəfə artaraq 1,94 milyon unsiyaya çatıb.
2025-ci ildə Newmont 5,9 milyon unsiya qızıl istehsal etməyi planlaşdırır, o cümlədən 0,3 milyon unsiya birinci rübdə şirkətin satacağı əsas olmayan aktivləri verəcək.
Newmont dünyanın ən iri qızıl istehsalçısıdır. Aktivlər Şimali və Cənibi Amerikada, Afrikada, Avstraliyada və Okeaniyada yerləşir.