09:25 - 31.01.2025
31 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda artır.
Brent markalı neftin aprel ayı fyuçersi ICE Futures birjasında saat 09:21-də $0,47 (0,62%) artaraq bir barelə $76,36-a yüksəlib. 30 yanvar ticarətinin nəticələrinə görə, Brentin aprel fyuçersləri $0,28 (0,37%) artaraq bir barelə $75,89-a yüksəlib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti 09:21-ə $0,67 (0,92%) artaraq bir barelə $73,40-a yüksəlib. 30 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,11 (0,15%) artaraq bir barelə $72,73-a yüksəlib.
Bu həftə ərzində Brent markalı neft artıq 1,53%, WTI markalı neft isə 1,69% ucuzlaşıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026