10:49 - 13.01.2025
13 yanvar, Fineko/abc.az. Bir neçə vaxtdır İranda paytaxtın başqa şəhərə köçürülməsi gündəmdən düşmür. Mütəxəsisslər hesab edir ki, Tehranın başqa şəhərlə əvəz edilməsi İran hökumətinə böyük məbləğə başa gələcək.
ABC.AZxəbər verir ki, bu haqda İran parlamentinin daxili məsələlər komissiyasının üzvü Əbülfəzl Əbuturabi açıqlama verib.
O qeyd edib ki, Tehrana yaxın, 80 kilometr uzaqlıqdakı ərazini seçsək, təxminən yeddi milyard dollara başa gələcək. "Paytaxtın 130-200 kilometr məsafədəki əraziyə köçürüləcəyini hesablasaq, bu, təxminən 22 milyard dollara başa gələcək. Türkiyə və Pakistan kimi, 500 kilometrdən çox uzaqda paytaxt seçsək, bu, infrastrukturdan asılı olaraq 30-37 milyard dollara başa gələcək" - deyə Əbülfəzl Əbuturabi qeyd edib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026