Neft bahalaşır, Brent bir barelə $72,66 təşkil edir

09:25 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra çərşənbə axşamı ticarətdə yüksəlir.

Brent markalı neftin qiyməti mart fyuçersi ICE Futures birjasında saat 09:19-da $0,34 (0,47%) artaraq bir barelə $72,66-a yüksəlib. Dekabrın 23-də keçirilən hərracların nəticələrinə görə, Brent-in mart fyuçersləri $0,24 (0,33%) ucuzlaşaraq bir barelə $72,32 təşkil edib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri dsst 09:19-da $0,28 (0,40%) artaraq bir barelə $69,52-a yüksəlib. Dekabrın 23-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $0,22 (0,32%) ucuzlaşaraq bir barelə $69,24-a düşüb.