09:40 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən gün yüksəldikdən sonra cümə axşamı hərracda azalır.
Brent markalı neftin yanvar fyuçersi ICE Futures birjasında saat 09:38-də $0,41 (0,56%) azalaraq bir barelə $72,98-a düşüb. Dekabrın 18-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,20 (0,27%) artaraq bir barelə $73,39-a çatıb.
Saat 09:38-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $1,03 (1,46%), bir barelə $69,55-a düşüb. 18 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,50 (0,71%) - bir barelə $70,58-a yüksəlib.
13 Avqust 2026
13 Avqust 2026