11 ayda mobil operatorların əldə etdiyi gəlirlər açıqlanıb    

10:01 - 18.12.2024


18 dekabr, Fineko/abc.az. İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12.5 faiz artaraq 3 188.7 milyon manat təşkil etmişdir ki, onun da 71.9 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, xidmətlərdən əldə edilən gəlirin 35.3 faizi və ya 1 125.9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.