09:40 - 9.12.2024
9 dekabr, Fineko/abc.az. Bazar ertəsi hərracda etalon markaların qiyməti artır.
Brent markalı neftin fevral fyuçersi ICE Futures birjasında saat 09:37-də $0,36 (0,51%) artaraq bir barelə $71,48-a yüksəlib. Dekabrın 6-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,97 (1,35%) azalaraq bir barelə $71,12-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri saat 09:37-də $0,39 (0,58%), bir barelə $67,59-a düşüb. 6 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $1,10 (1,61%) – bir barelə $67,20-a düşüb.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1%, WTI isə 1,18% ucuzlaşıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026