15:29 - 3.12.2024
3 dekabr, Fineko/abc.az. 2025-ci ildən Türkiyə Omandan mayeləşdirilmiş təbii qaz (LNG) alacaq.
ABC.AZ xəbər verir ki, bunu R.T. Ərdoğan Türkiyədə səfərdə olan Oman Sultanı Haysam bin Tarek Al Səidlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
"Botas şirkəti ilə onun Oman həmkarları arasındakı razılaşmalara uyğun olaraq biz enerji sahəsində əməkdaşlığın yeni dövrünə qədəm qoyuruq. 2025-ci ildə Omandan mayeləşdirilmiş qaz tədarükünə başlanacaq", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin qeyd edib ki, hər iki dövlət yaxın perspektivdə "ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağa çalışır".
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026