Yuanın dəyəri 15 faiz ucuzlaşa bilər

15:49 - 28.11.2024


28 noyabr, Fineko/abc.az. Çin ABŞ-ın ticarət tariflərinə cavab olaraq yuanın dəyərini 10-15% ucuzlaşdıra bilər.

ABC.AZ xəbər verir ki, "JPMorgan"ın hesabatına görə, yeni tariflər Çinə ciddi təsir edəcək və ölkənin iqtisadi artımı 2025-ci ildə 3.9%-ə düşə bilər. 

Trampın ticarət tariflərini artırmaq niyyətləri ilk növbədə Çin iqtisadiyyatını əhəmiyyətli dərəcədə təsir edəcək. JPMorgan Çinə tətbiq edilən orta tariflərin 20%-dən 60%-ə yüksələcəyini proqnozlaşdırır.

Hazırda yuan dollar qarşısında zəifləyir və Trampın seçilməsindən sonra 1.4% ucuzlaşıb. Çin hökuməti maliyyə sabitliyini qorumaq üçün daha böyük ucuzlaşmaya icazə verməkdən çəkinir.