09:40 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə, çərşənbə axşamı ticarətində etalon markaların qiyməti yüksəlir.
Brent markalı neftin yanvar fyuçersləri ICE Futures birjasında saat 09:35-də $0,12 (0,16%) artaraq bir barel üçün $73,13-a yüksəldi. Noyabrın 25–də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $2,16 (2,87%) azalaraq bir barel üçün $73,01-a enib.
Saat 09:35-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,18 (0,26%) artaraq bir barel üçün $69,12-a çatıb. 25 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $2,30 (3,23%) – bir barel üçün $68,94-a düşüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026