Çində 83 milyard dollarlıq qızıl ehtiyatı aşkarlanıb

15:59 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Çində ilkin hesablamalara görə dəyəri 82,8 milyard dollar olan qızıl ehtiyatları aşkarlanıb.

ABC.AZ xəbər verir ki, bu, yatağın tapıldığı Mərkəzi Hunan əyalətinin Geoloji İdarəsi tərəfindən bildirilib.

Mütəxəssislər, Pinjiang əyalətindəki Vangu qızıl yatağında 2 mindən çox dərinlikdə 40 mindən çox qızıl damarı tapıblar. Qeyd olunur ki, kəşfiyyatın əsas zonasında ümumilikdə 300,2 ton qızıl ehtiyatı aşkar edilib, burada filizdə ən yüksək qızıl miqdarı ton başına 138 qram təşkil edib.

Çin dünyanın ən böyük qızıl istehsalçıları arasındadır. Dünya Qızıl Şurasının məlumatına görə, 2023-cü ildə qızıl istehsalının təxminən 10%-ni təşkil etmişdir.