09:53 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsini elan edib.
AMB-nin məlumatında deyilir ki, manat avroya ucuzlaşıb, türk lirəsinə qarşı bahalaşıb, ABŞ dollarına və Rusiya rubluna qarşı isə sabitdir.
Noyabrın 18-də AMB ABŞ dollarının məzənnəsini 1,7000 AZN (16 noyabr - 1,7000 AZN), avro məzənnəsini 1,7919 AZN (16 noyabr - 1,7918 AZN), türk lirəsinin məzənnəsini 0,0493 AZN (16 noyabr - 0,0494 AZN), Rusiya rublunun məzənnəsini 0,0170 AZN (16 noyabr - 0,0170 AZN) müəyyən edib.