Kreditl fiazləri daha yüksək olan BOKT-lar - SİYAHI

17:06 - 4.11.2024


4 noyabr, Fineko/abc.az. Kreditləri ən yüksək faizlə verən Xəbər verdiyimiz kimi, Bankların kredit portfeli BOKT-ların kreditlərindən 35 dəfə artıqdır. Amma, buna baxmayaraq BOKT-ların kreitləri daha sürətlə artır. Belə ki, son bir ildə qeyri-bank təşkilatlarının kreditlərində 196 milyon manat və ya 36% artım baş verib.

ABC.AZ xəbər verir ki, BOKT-ların bəziləri ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb, bununla yanaşı, təşkilatların təqribən yarısı müxtəlif ehtiyaclar üçün nağd kreditlər ayırırlar.

Ölkədəki BOKT-ların kredit şərtlərini müqayisə etmək üçün 5000 manat məbləğində kreditin 18 aylıq müddət üçün ödənilməsi zamanı BOKT-ların aylıq ödəniş məbləğləri müqayisə edilib.

Araşdırma göstərir ki, BOKT-larda bu müddət üçün kreditlərin illik faiz dərəcəsi 17,5%-dən 35%-dək dəyişir. Bu fərq özünü aylıq ödənişlərdə də göstərir. Belə ki, 18 aylıq müddətə ayrılan 5000  manat kreditə görə, aylıq ödənişlər 318 manatdan 363 manatadək fərqlənir.

Ən yüksək aylıq ödəniş təklif edən BOKT-lar arasında "BOKT İnternational", BOKT "AzFinans", “NAS PROJECT BOKT" və “Caspian Finance BOKT” irəlidədir. İllik 34-36% faiz dərəcəsi ilə bu BOKT-ların aylıq ödənişləri də 360 manat ətrafındadır.

Müqayisə üçün bildirək ki, eyni kredit məbləği və müddət üçün 10 BOKT-da aylıq ödəniş 330 manatdan, 4 BOKT-da isə 320 manatdan aşağıdır.

BOKT-lar arasında aylıq ödənişlərin belə geniş diapazonda dəyişməsi bazarda rəqabəti artırır və hər kəsə uyğun fərqli seçimlər təqdim edir. Kredit götürmək istəyənlər, öz maliyyə vəziyyətlərini və ödəniş qabiliyyətlərini nəzərə alaraq, bu ödənişlərə uyğun seçim etməlidirlər.