“Bank Avrasiya” səhmlərini satdı

10:31 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. “Bank Avrasiya” ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Bankın səhmdarları siyahısında dəyişiklik olub.

ABC.AZ xəbər verir ki, Bankın nizamnamə kapitalının 37,5% hissəsinə malik olan “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılmışdır.

Həmçinin, digər səhmdar “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37.5% mühüm iştirak payının 12% hissəsi “Top Properties” MMC-yə, 24.5% hissəsi Bankın digər səhmdarı “Azbizneskom” MMC-yə və 1% hissəsinin fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna satılmışdır.

Beləliklə hal-hazırda Bankın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə  “Azbizneskom” MMC və 1.00 faizlik hissəsinə isə fiziki şəxs  Eynullayev Rüstəm Tariverdi  oğlu sahiblik edir. (Banker.az)