“AZPUL” MMC-də dəyişiklik - Nə baş verir?

10:34 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. Bank olmayan kredit təşkilatı “AZPUL” MMC idarəetmə formasında dəyişiklik həyata keçirib.

ABC.AZ xəbər verir ki, BOKT-nin Ümumi Yığıncağının qərarına əsasən, kollegial icra orqanı idarə heyəti ləğv edilərək, bundan sonra təkbaşına icra orqanı ilə idarə ediləcək.

Buna qədər BOKT “AZPUL” idarə heyəti sədri Tural Vəliyev Gəray oğlu və İdarə heyəti üzvü Məhəbbət Mustafayev Məhəmməd oğlu ilə təmsil edilirdi. Hər iki şəxsin adı yeni icra orqanında yer almayıb.

Belə ki, təkbaşına rəhbər və ya direktor kimi Emin Ağayev Aydın oğlu təyin edilib.

Cəmiyyətin Müşahidə Şurasında isə Oktay Vəliyev Ağamirzə oğlu sədr kimi, Vladimir Radostovets və Pavel Grebennikov isə üzvlər kimi təmsil olunur.

BOKT 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan kredit bazarına çıxış üçün lisenziya əldə edib. Onun sahibi Vladimir Radostovets Nikolayeviçdir. 300 min manat nizamnamə kapitalı tam olaraq bu şəxsə məxsusdur.