14:38 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. Argentina Mərkəzi Bankı yüksək qiymətə görə 1000 (0,98 ABŞ dolları) və 2000 (1,9 dollar) peso nominalında əskinasların çapını dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə adıçəkilən ölkənin “Nacion” adlı nəşri məlumat yayıb.
Sözügedən məlumatda qeyd edilib ki, Mərkəzi Bank milli zərbxana ilə əskinasların buraxılmasına dair mövcud müqaviləyə xitam verib. Onun işçiləri məcburi məzuniyyətə göndərilib.
Nəşr hesab edir ki, buna səbəb ölkədə 1000 və 2000 peso əskinaslarının çapına çəkilən xərclərin yüksək olmasıdır.
Bundan sonra Argentinanın daha böyük əskinaslara olan ehtiyacını Çindən tədarük edəcəyi proqnzlaşdırılır.
Müəllif: Elmir Murad