12:40 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 29-da keçirilən valyuta hərracında bankların tələbi 88,4 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 7,6 milyon dollar (9,41%) çoxdur. Oktyabrın 24-də keçirilən valyuta hərracında AMB banklara 80,8 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.