Azərbaycanda ən yüksək və ən az kredit alan iqtisadi rayonlar

16:45 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. 2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 26,7 milyard manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bunun da  20,5 milyard manatı Bakı şəhərinin payına düşüb.

Bakıdan sonra ən çox kredit 997,3 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşünb.

Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici793,5 milyon manat təşkil edib.

Ən az kredit isə 171,2 milyon manata yaxın olmaqla Dağlıq-Şirvan iqtisadi rayonunun payına düşüb.