09:40 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi hərracda aşağı düşür.
Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat 09:35-də $3,37 (4,46%), bir barel üçün $72,26-a düşdü. Oktyabrın 25-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,67 (2,25%) artaraq bir barelə $76,05-a çatıb.
Saat 09:35-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $3,35 (4,67%), bir barel üçün $68,43-a düşüb. Oktyabrın 25-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $1,59 (2,27%) artaraq bir barel üçün $71,78-a çatıb.
Ötən həftə Brent markalı neft 4,09%, WTI nefti isə 4,50% bahalaşıb.
14 Avqust 2026
14 Avqust 2026