Son bir ayda bankomatların sayı nə qədər artıb?

15:08 - 25.10.2024


25 oktyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 213  ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ümumi bankomatların 1 710-u Bakının, 1 503-ü regionların payına düşüb.

Bankomatların cəmi sayı illik müqayisədə 94 ədəd (3%), aylıq müqayisədə 15 ədəd (0,5%) artıb.

Eyni tendesiyalar Bakı və region bankomatlarının sayında da müşahidə olunub.

Bakı bankomatlarının sayı illik 89 ədəd (5,5%), aylıq 14 ədəd (0,8%) artıb. Regionlardakı bankomatların sayında illik 5 ədəd (1%), aylıq 1 ədəd (0,1%) artıb baş verib.