Azərbaycan bankları bu il 1,3 milyard manat əməliyyat mənfəəti əldə edib

12:28 - 25.10.2024


25 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayının 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 milyard 268,7 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu illik müqayisə ilə 41,4 milyon manat 3,4%), aylıq müqayisə ilə 120,5 milyon manat (10,5%) çoxdur.

Bu ilin sentyabr ayının birinə bankların əməliyyat mənfəəti 1 milyard 148,2 milyon manat, ötən ilin oktyabrın 1-nə isə 1 milyard 227,3 milyon manat təşkil edib.