09:30 - 25.10.2024
25 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən iki sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə günü hərracda yüksəlir.
Brent markalı neftin dekabr ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:26-da $0,18 (0,24%) artaraq bir barel üçün $74,56-a yüksəlib. Oktyabrın 24-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,58 (0,77%) ucuzlaşaraq bir barel üçün $74,38 təşkil edib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri 09:26-da $0,15 (0,21%) artaraq bir barel üçün $70,34-a yüksəldi. Oktyabrın 24-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,58 (0,82%) ucuzlaşaraq bir barel üçün $70,19-a düşüb.
14 Avqust 2026
14 Avqust 2026