16:38 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. "Paşa Bank" bu ilin 3-cü rübündə 3 milyard 249 milyon manat kredit portfelinə malik olub.
ABC.AZ xəbər verir ki, bu barədə bankın rüblük hesabatındakı rəqəmlər belə deməyə əsas verir. Bankda vaxtı keçmiş kreditlərin ümumi məbləği 151,3 milyon manat təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 40,3 milyon manat və ya 36,2% çoxdur. Vaxtı keçmiş kreditlərin ümumi portfeldə çəkisi 4,7% (ötən ilin sonunda 3,8%) təşkil edib.
Vaxtı keçmiş kreditlərin 202,7 milyon manatı qeyri-standart kreditlərdir.
Qeyri-standart kreditlərin 102,4 milyon manatı qeyri-qənaətbəxş, 19,7 milyon manatı təhlükəli, 80,6 milyon manat isə ümidsiz kreditlərin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə qeyri-standart kreditlər 34,7 milyon manat və ya 20,7%, qeyri-qənaətbəxş kreditlərin həcmi 16,4 milyon manat (19,1%), ümidsiz kreditlər 24,4 milyon manat (43,4%) artıb, təhlükəli kreditlər 6 milyon manat (23,4%) azalıb.