15:21 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayı ərzində Azərbaycan BOKT-ları 233 milyon manat faiz gəliri əldə edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu illik müqayisədə 100 milyon manat və ya 76% çoxdur.
Bunun da 230,7 milyon manatı müştərilərə verilmiş kreditlər hebına formalaşıb ki, bu da illik müqayisədə 98,1 milyon manat, başqa sözlə 74% çoxdur.
Faiz xərcləri 27,1 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 6,9 milyon manat və ya 34% çoxdur.
Nəticədə BOKT-ların xalis faiz gəlirləri 205,9 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 93,4 milyon manat və ya 83% artım deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə BOKT-ların faiz gəlirləri 132,7 milyon manat, faiz xərcləri 20,1 milyon manat, xalis faiz gəlirləri 112,5 milyon manata bərabər olub.