Bankların faiz gəlirləri 1 milyard manata yaxınlaşır

15:03 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. 2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 939 milyon manat olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici sentyabrın 1-nə olan dövr ilə müqayisədə 234,9 milyon manat və ya 8,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 301 milyon manat və ya 11,7% çoxdur.

2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə qeyri-faiz gəlirləri 2 milyard 648,5 milyon manat olub.

Bu ilin 1 oktyabr vəziyyətinə bu göstərici 2 milyard 584,2 milyon manat təşkil edib.