15:40 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
ABC.AZ tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, bununla da lisenziya verilmiş elektron pul təşkilatlarının sayı 13-ə yüksəlib.
Xatırladaq ki, “Cüzdan” MMC 2024-cü ilin aprelində təsis edilib və 1 051 000 manat nizamnamə kapitalı var. Onun qanuni təmsilçisi Mustafa Baltacıdır.