14:41 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda kreditləşmə məsafədən də həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın planının olduğunu tənzimləyici orqanın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır.
"Yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır”, - deyə X.İsmayılov bəyan edib.
Müəllif: Elmir Murad