BOKT-lar buna hazır olmalıdır - Elçin Həbibov

14:26 - 23.10.2024


23 oktyabr, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatları (BOKT) üçün yeni dövr gəlir və onlar buna hazırlaşmalıdır.

ABC.AZ xəbər verir ki, bunu "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda keçirilən tədbirdə “Azərbaycan Kredit Bürosu”nun icraçı direktoru Elçin Həbibov deyib.

O bildirib ki, BOKT-ların banklar qədər geniş imkanları olmasa da, öz baxışları və yanaşmaları var.

E.Həbibov qeyd edib ki, BOKT-lar yeni dövrə hazırlaşmalı, həm investisiya, informasiya texnologiyaları, audit və digər sahələrdə inkişaf etməlidirlər:

“Bu, o deməkdir ki, biz qabaqcıl Qərb ölkələrinin təcrübəsinə uyğun irəliləyirik. Burada iki model mövcuddur. BOKT-ların gələcək inkişafı ya məhdud bank kimi fəaliyyət göstərmək, ya da hazırkı formada davam etməkdir. Göründüyü kimi, biz məhdud bank olmaq istiqamətində irəliləyirik".