12:15 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda keçirilən tədbirdə Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev deyib.
O qeyd edib ki, bu, "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində nəzərdə tutulur.
Onun sözlərinə görə, qabaqcıl beynəlxalq təcrübə əsasında yeni mikromaliyyə sektorunda fəaliyyət göstərən instutlara əlavə maliyyə xidmətləri göstərmək imkanının yaradılması və bununla da onların rəqabət qabiliyyətliliyinin artırılması hədəflənir. Sözsüz ki, bu təşəbbüslərin mərkəzində ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafının dayandığını deyən T.Əliyev bildirib ki, strategiyamızda dayanıqlı mikromaliyyə və BOKT modellərinin araşdırılması, mikromaliyyə instutlarının gücləndirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, buna yönəlik təşəbüsslərin icrası, hüquqi-tənzimləyici mexanizmlərin hazırlanması, maliyyələşmə mənbələrinin diversifikasiyası kimi layihələr nəzərdə tutulub.
Müəllif: Elmir Murad