12:10 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin 1 milyard manatı ötməsini hədəfləmişik.
ABC.AZ xəbər verir ki, bunu "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda keçirilən tədbirdə Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov deyib.
O bildirib ki, növbəti ilin sonuna qədər BOKT-ların aktivlərində 2 dəfə artım olacaq:
"Sektor aktivlərini artırmaqla yanaşı filial şəbəkəsini də genişləndirməkdədir. BOKT filiallarının sayı 302-yə çatıb. Onlar banklarla müqayisədə daha sürətlə genişlənir. BOKT-larda çalışan işçilərin sayı 3,5 minə çatıb, onların müştərilərinin sayı isə 700 mini keçməkdədir".
Müəllif: Elmir Murad