Azərbaycanda "yaşıl iqtisadiyyat"-a keçid üçün hansı işlər görülür?

10:55 - 23.10.2024


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda faktorinq kimi alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda keçirilən konfransda bildirib.

O bunun xüsusilə kiçik və orta müəssisələr üçün maliyyə resurslarına çıxışı asanlaşdıra, maliyyə imkanlarını optimallaşdıra biləcəyini vurğulayıb.

Son dövrlərin ən aktual məsələlərindən olan "yaşıl iqtisadiyyat"-a toxunan M.Musayev bildirib ki, dünya "yaşıl iqtisadiyyat"a keçid dövrünə qədəm qoyub:

"Bunun üçün kiçik və orta sahibkarlığın dəstəklənməsi, onlara münasibətdə stimullaşdırıcı yanaşmanın tətbiqi müzakirə edilir" - deyə o bildirib.

Müəllif: Elmir Murad