09:59 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. İnnovativ həllərin yaranması startapların inkişafı deməkdir.
ABC.AZ xəbər verir ki, bunu "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Əliyeva deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurumda startapların yaradılması istiqamətində işlər görülür.
Sədr vurğulayıb ki, startapların yaranması həm də kibertəhlükəsizlik, innovasiya stabilliyi deməkdir.
"Hazırda bu istiqamətdə kadr çatışmazlığı problemi var. Startapların yaranmasında əsasən riskə gedə biləcək insanlar iştirak edir, bizsə onları həmişə dəstəkləyirik. Hazırda startapların yaradılması istiqamətində işləyən bir neçə klub var ki, biz də onlara yardlm edirik. Bununla yanaşı texnoparkların inkişafı istiqamətində də işlər aparılır. Texnoparklarda rezidentlər yaratmağa yönləndirmək üçün bir sıra xarici qurumlar da var ki, biz çalışırıq onları Azərbaycana gətirək. Bununla bağlı işlər aparılır. Həmçinin, biz texnologiya sahəsində bütün ideyalara, innovasiya sahəsinin inkişafına töfhə verəcək istənilən yenilikçi təşəbbüsləri dəstəkləməyə hazırıq".
Müəllif: Elmir Murad