15:14 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. Azərbaycanda faiz gəlirləri ən çox artan bankların adları məlum olub.
ABC.AZ xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Bank Melli İran" Azərbaycan filialında 71%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın faiz gəlirləri 1,5 milyon manat həcmində artıb.
"Bank Melli İran" Azərbaycan filialından sonra artıma görə ikinci yerdə 68,2% və ya 31,1 milyon manat göstərici ilə "Azər Türk Bank" gəlir.
Faiz gəlirlərini 39,4% və ya 31,9 milyon manat artıran "Yelo Bank" üçüncüdür.
"Rabitəbank"-ın faiz gəlirləri illik müqayisə ilə 27,7% və ya 18,2 milyon manat dəyərində artıb.
"Ziraat Bank Azərbaycan"-nın faiz gəlirlərində təxminən 25,9% və ya 8,1 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 25,3% (34,8 milyon manat) artımla "Bank Respublika" yer alıb.