“Aztelekom”da kadr dəyişikliyi -Yeni rəhbər təyin edildi

14:12 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. “Aztelekom”un “Onlayn Azərbaycan” layihəsi çərçivəsində gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi.

“Aztelekom” MMC-dən ABC.AZ-a bildirilib ki, şirkətin Baş direktoru vəzifəsini icra edən T.Pirverdiyevin idarəçiliyi altında layihənin əsas mərhələləri planlaşdırılan vaxtdan əvvəl tamamlanıb təhvil verilib.

Tural Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırdığına görə, “Aztelekom”un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılacaq.