10:48 - 17.10.2024
17 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 159 ölkə arasında öncəki ayla müqayisədə 9 pillə irəliləyərək 52.06 MB/S sürətlə 95-ci yerdə qərarlaşıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Speedtest Global Index”də məqaıə dərc edilib. Sözügedən məqalədə sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə avqust ayına nisbətən sentyabrda 3 pillə geriləyərək 55.62 MB/S sürətlə 112 ölkə arasında 48-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Yəmən tutub.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026