14:46 - 1.08.2024
1 avqust, Fineko/abc.az. 2024-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə – gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub.
ABC.AZ xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin yarım il nəticələrinə həsr olunmuş hesabata qeyd edilib.
Rübün sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.
Qeyd olunub ki, ilin birinci yarısında AÇG-də 9 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
18 Avqust 2026