20:50 - 30.06.2024
30 iyun, Fineko/abc.az. Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Bu barədə ABC.AZ Tarif (qiymət) Şurasının Katibliyinin məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, bunula bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
18 Avqust 2026