09:20 - 24.06.2024
24 iyun, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi hərracda zəif dəyişir.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:16-a qədər $0,01 (0,01%) artaraq bir barel üçün $85,25-a çatıb. İyunun 21-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,47 (0,55%) azalaraq bir barel üçün $85,24-a enib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin dəyəri saat 09:16-a qədər $0,06 (0,07%) azalaraq bir barel üçün $80,67-a düşüb. 21 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,56 (0,69%) azalaraq bir barel üçün $80,73-a düşüb.
Ötən həftə Brent markalı neft 3,17%, WTI nefti isə 3,43% bahalaşıb.
18 Avqust 2026