Keçmiş haker və Apple işçisi yeni startap işə saldılar

10:27 - 26.04.2024


26 aprel, Fineko/abc.az. ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş hakeri və Apple əməkdaşı iPhone və Mac-ı qorumaq üçün DoubleYou startapını işə salıblar.

ABC.AZ xəbər verir ki, Patrick Uordl, 2006-2008-ci illərdə ABŞ Milli Təhlükəsizlik Agentliyində çalışıb və daha sonra macOS-da ixtisaslaşan müstəqil bir təhlükəsizlik tədqiqatçısı olmuşdu. Mixail Sosonkin 2019-2021-ci illərdə Apple təhlükəsizlik komandasında çalışıb.

DoubleYou ideyası, daha sonra digər şirkətlərə lisenziyalaşdırıla bilən yeni virus analiz üsullarını inkişaf etdirməkdən ibarətdir. Hazlrda DoubleYou, macOS-da hər hansı bir etibarsız kodu müəyyənləşdirmək və DNS trafikindəki anomaliyaları izləmək və bloklamaq yolları üzərində işləyir.