Neft bahalaşır, Brent bir barel üçün $85,81 təşkil edir

09:30 - 28.03.2024


28 mart, Fineko/abc.az. Etalon markaların qiyməti cümə axşamı baş tutan hərracda artır.

Brent markalı neftin iyun fyuçerslərinin London ICE Futures birjasında 09:27 – ə qədər $0,40 (0,47%) artaraq bir barel üçün $85,81-a çatdı. Martın 27 - də keçirilən hərracda Brent markalı neftin iyun fyuçersləri $0,22 (0,26%) ucuzlaşaraq bir barel üçün $85,41-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti 09:27 – ə qədər $0,46 (0,57%) artaraq bir barel üçün $81,81-a çatdı. Martın 27 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,27 (0,33%) azalaraq bir barel üçün $81,35-a düşüb.

NYMEX və ICE Futures martın 29-da əlamətdar gün ilə əlaqədar bağlı olacaq.