10:48 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. İcbari avtosığorta üzrə vahid qiymətləndirmə sistemi yaradılacaq.
ABC.AZ Xəzər tv-yə istinadən xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, nəzərdə tutulan sistem süni intelekt tətbiq edilməklə həm işçilik xərclərinin, həm də ehtiyat hissələrinin qiymətinin elektron qaydada hesablanmasını özündə ehtiva edir.
Sığorta eksperti Vüsal Bədəlov qeyd edib ki, mərkəzləşdirilmiş qiymətləndirmə sistemi Rusiya və Türkiyənin təcrübəsində artıq mövcuddur.
Bu sistemin ölkəmizdə tətbiq olması vətəndaşın avtosığortaya olan inamını artıracaq. (Xezerxeber.az)
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026