09:38 - 16.01.2024
16 yanvar, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclarda neftin etalon markalarının qiyməti cüzi düşür.
London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:35-də $0,06 (0,08%) azalaraq bir barel üçün $78,09-a düşüb. Yanvarın 15-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin mart fyuçersləri $0,14 (0,18%) azalaraq bir barel üçün $78,15-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti saat 09:35-də $0,14 (0,19%) azalaraq bir barel üçün $72,31-a düşüb. Yanvarın 15-də keçirilən hərracların nəticələrinə görə, fevral ayının neft fyuçerslərinin qiyməti $0,23 (0,32%) azalaraq bir barel üçün $72,45-a düşüb.
22 Avqust 2026